Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir

06.05.2021

 6 may 2021-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Qəlblərdə yaşar lider - Heydər Əliyev" adlı onlayn konfrans təşkil edildi. Tədbiri giriş sözü ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova açdıqdan sonra Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Nəzirova Sədayə, Qəbələ Dövlət Rəsm Qalareyasının direktor əvəzi Təzəgül Nəcmiyeva, Qəbələ UADM-ın direktoru Günel Ağayeva, Qəbələ Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Həqiqət Rüstəmova Ümummilli Lider Heydər Əliyev haqqında geniş məruzə ilə çıxış edərək, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, apardığı genişmiqyaslı quruculuq işlərindən danışmış və Ali Baş Komandan İlham Əliyevə atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına qələbə sevinci yaşatdığı üçün dərin minnətdarlıqlarını bildirmişlər.