Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilmişdir

06.05.2021

İsmayıllı və Qəbələ rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı, İsmayıllı Regional Mədəniyyət İdarəsi tabeliyində olan Mədəniyyət müəssisələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı videokonfrans keçirildi. Konfransı giriş sözü ilə açan Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs etmiş, eləcə də zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Nəsimi Teymurov, Qəbələ rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Vüsalə Rəsulova, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Mahirə Kərimova, İsmayıllı rayon Mərkəzi kitabxanasının direktoru Könül Baxışlı, Qəbələ Tarix - Diyarşünaslıq Muzeyinin elmi işçisi İlhamə Seyidova, Mədəniyyət Mərkəzinin əməkdaşı Natəvan Abdullayeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən geniş məlumat verdilər.