Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Şəhid ailələri ziyarət olundu

05.05.2021

4 may 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qəbələ rayon Komitəsinin sədri Malik Ağayev rayonun Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Ənvəli Aqşin Faiq oğlunun və Abdurahmanov Elvin Əbülfəz oğlunun ailələrini ziyarət etmişlər. Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı onların keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumatlar verilmiş, xoş xatirələrini bölüşmüşlər. Daha sonra Şəhidlərimizin şəkilləri, hərbi geyimləri, şəxsi əşyaları, ömür yolu və xidmətini əks etdirən otaqla tanış olundu. İdarə rəisi Elçin Nəcəfov dövlət səviyyəsində Şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan söz açmış və bu ailələrə mənəvi dəstək hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirmişdir.