Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirildi

29.04.2021

 

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “İnci tək sözlər” adlı tədbir keçirilmişdir.Tədbirdə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Şahin Seyidzadə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi cənab Elçin Nəcəfov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə  müavini  Təranə xanım Güləliyeva, Qobustan şəhər Ağasəf Qayıblı adına 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,Əməkdar müəllimə Sədaqət Məhərrəmova çıxış etmişdirlər. Çıxışlar zamanı Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığından, əsərlərinin ümumbəşəri səciyyə daşımasından, şairin yaradıcılığının ölkəmizin bir çox tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığında ilham mənbəyi olmasından, yeniyetmə və gənc nəslin təlim-tərbiyəsindəki əhəmiyyətindən söhbət açılmışdır. Həmçinin natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə  Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə xüsusi diqqətin yetirildiyini və bu gün də bu qayğı və diqqətin Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ədəbiyyatımızın və mədəniyyətimizin bütün sahələrində hiss edildiyini öz çıxışlarında vurğuladılar.

Tədbirin bədii hissəsində tanınmış incəsənət xadimlərinin və Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə dahi şairin əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir.