Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları tarixi abidələri ziyarət etmişlər

19.04.2021

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təlkifi üzrə UNESCO tərəfindən 1983-ü ildə təsis olunub. İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. Zəngin müşahidə qabiliyyəti və mütəxəssisin gözü isə bu abidələrdən çox sirrləri oxuyur. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın,millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş ikici dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Arxeoloji qazıntıların nəticələri göstərir ki,Azərbaycanda yaşamış insanların tarixən keçdikləri kəşməkəşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azərbaycanın bir çox bölgələri kimi Şamaxı rayonunda da orjinal memarlıq formasına daxil olan memarlığın ən maraqlı nümunələri vardır. Beynəlxalq Abidələr və Tarixi yerlərin Mühafizəsi Günü ilə əlaqədar Şamaxı rayon Tarix Diyarşünasliq muzeyinin əməkdaşları tarixi abidələri ziyarət etmişlər