Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18.04.2021

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu əlamətdar gün 1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən təsis olunub. Başlıca məqsəd insanların, toplumların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu il 18 aprelin qeyd olunması, memarlıq incilərimizin məskəni olan doğma Qarabağı düşmən tapdağından azad edən xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Erməni terroruna məruz qalmış yüzlərlə abidələrimizi, daşlarına tarix hopmuş hər qarış torpağımızı göz bəbəyi kimi qoruyub, dünyaya tanıtdırmaq vəzifəmizdir. #MinistryforCulture #MədəniyyətNazirliyi #Azerbaijan #Azərbaycan #culture #mədəniyyət