Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünya İncəsənət Günü

15.04.2021

 

15 aprel Dünya İncəsənət Günüdür. Əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. Onu da qeyd etmək lazımdır ki, 15 aprel Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu.

              Mədəniyyət hər bir xalqın mənəvi dünyasının milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi Mədəniyyət sahəsindədə böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğ edilməsində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəni mənəvi dəyərləri qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Bu gün İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, baş məsləhətçilər, məsləhətçilər və İdarəyə tabe olan müəssisələrin rəhbərlərinin iştirakı ilə onlayn videokonfrans keçirilib. Konfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Cənab Elçin Nəcəfov çıxış etmişdir. Elçin müəllim tabeçiliyimizdə fəaliyyət göstərən  Mədəniyyət sahəsində çalışan həmkarları təbrik etmiş və onlara gələcək fəaliyyyətlərində uğurlar arzu etmişdir.

Daha sonra İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli, Şamaxı rayon Mirzə Ələkbər Sabir adına Ev Muzeyinin direktoru Rəksanə Xəlilzadə, Qobustan rayon R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin direktoru Zaur Cəfərov çıxış etmişdirlər.

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatıçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə İsmayıllı Regional İdarəsinin və İsmayıllı rayon Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak etmiş və sərgiylə tanış olmuşdurlar. Həmçinin Sahibə Abdullayevin və Rövşən Teyyubovun ifaları dinləmişdir.

Tədbir pandemiya qaydalarına uyğun keçirilmişdir.