Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Mart ”Azərbaycanlılarının soyqırımı” gününə həsr olunmuş videokonfrans

31.03.2021

31.03.2021-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı əsasında rayon Mədəniyyət müəssisələri və İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurovun iştirakı ilə 31 Mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş onlayn videokonfrans keçirilmişdir. Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasov, idarənin məsləhətçisi Rəhim Bağırlı, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyinin d.v.m.i.e Ramiz Nuriyev çıxış etmişdirlər. Çıxışlarda 1918-ci ilin mart soyqırımları öz amansızlığna və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri olduğu bildirilmişdir. Bildiyimiz kimi bu tarixi faciəyə ilk hüquqi qiymət Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanlılarının soyqırımı”na həsr olunmuş kitablardan, fotoşəkillərdən, rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuş və filim nümyiş olunmuşdur. Soyqırım haqqında rayon mərkəzində yerləşən manitorda səsli videomatreal nümayiş olunmuşdur.