Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllıda Od çərşənbəsi qeyd olundu

06.03.2018

    İsmayıllı Regioanal Mədəniyyət  və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon  Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və F.Əzimov adına İncəsənəd məktəbinin birgə təşkilatçılığı ilə Od Çərşənbəsi  ilə bağlı tədbir keçirilmişdir.  Tədbirin  əsas iştirakçıları  musiqi məktəbinin gənc ifaçıları olmuş və Mədəniyyət Mərkəzinin müğənniləri Sahibə Abdullayeva, Rövşən Teyyübov ″Niyal″ instrumental ansamblının müşaiəti ilə müxtəlif musiqi nömrələri ilə çıxış etmişlər. Kosa keçəl tamaşası, Lahıc, İvanovka, Ləzgi folklor qrupları və bir neçə kənd müəssələrinin iştirakı ilə tədbir yüksək əhval-ruhiyyədə davam etmişdir. Tədbirdə İsraildən rayonumuza qonaq gəlmiş turisdlər də iştirak etmişdir.