11.02.2021
Bir müddət əvvəl İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və GİKM-in İsmayıllı nümayəndəliyinin təşkil etdiyi “Kəndimizin etüdü” adlı rəsm müsabiqəsi “Böyük Qayıdış” adı altında onlayn formada davam etdiriləcək.
Əziz rəsmə marağı olan gənclər, müharibə səbəbi ilə yarımçıq qalan rəsm müsabiqəmizi yenidən davam etdiririk.
Müsabiqə 9 fevral-9 mart tarixlərini əhatə edəcək.
Adından da göründüyü kimi müsabiqə “Böyük Qayıdış”a həsr olunacaq.
Sizin də bu mözvuzda çəkdiyiniz və ya çəkməyə hazırlaşdığınız rəsmləriniz varsa, o zaman bizə göndərin.
Göndərilən hər bir rəsm əsəri səhifələrimizdə paylaşılacaq.
Peşəkar rəssamlardan təşkil olunmuş münsiflər heyyəti üç ən yaxşı rəsm əsərinin müəllifini təyin edəcək və
qaliblərə müxtəlif hədiyyə və sertifikatlar veriləcək.
Hər birinizə uğurlar, dostlar.