12.02.2021
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Əlamətdar gün münasibəti ilə Ağsu rayon Mərkəzi Kitabxana videomaterial hazırlamışdır. Hazırlanmış materialda günün mahiyyəti haqqında ətraflı məlumat verilmişdir. Videomaterialı təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/2784648631866007