15.02.2021
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.Qobustan rayon Mərkəzi kitabxananın əməkdaşları 2021-ci ilin ölkəmizdə Nizami ili elan olunması münasibəti ilə dahi şair Nizami Gəncəvi haqqında videomaterial hazırlamış və qəzəllər səsləndirmişdirlər. Videomaterialları təqdim edirik.
https://www.facebook.com/ismayilliregional/videos/pcb.699798123996170/118006000231111
https://www.facebook.com/ismayilliregional/videos/pcb.699798123996170/261107468785474