Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Analarımızın qızıl əlləri

06.03.2018

     Bütün  maddi və mənəvi sərvətlərimizi  qoruyan, təbliğ edən, tariximizi yaşadan İsmayıllı  Regional Turizm və Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən   Qəbələ Rayon  Tarix- Diyarşünaslıq  muzeyində  8 mart Beynəlxalq Qadınlar günü münasibətilə “Analarımızın qızıl əlləri “ adlı sərgi təşkil edilmişdir. Sərgidə bütün növ əl işlərindən nümunələr vardır. Bayram münasibətilə açılmış bu sərgiyə məktəblilər, UGİŞM, digər idarə və müəssisələrin nümayəndələri dəvət olunmuşdur. Müxtəlif növ materiallardan hazırlanmış gözoxşayan əl işləri bu gün əsl sənət  nümunəsinə çevrilmişdir. Sərgi materialları içərisində muzeyin əməkdaşları- Ağgül Ağamoğlanova, Çiçək Mirzəyeva, Əntiqə Şamilovanın da əl işləri yer almışdır. Sərgi iştirakçıları sənət əsərinə çevrilmiş əl işləri qarşısında heyranlıqlarını gizlədə bilimir, xüsusilə də balqabağın üzərində işlənmiş ornamentlərin gözəl işlənməsini qeyd etdilər. Kollektiv adından deyirik: ”Yorulmayasız analar, gözünüzə nur, qolunuza qüvvət, var olsun qızıl əlləriniz!”