30.11.2020
İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş mühasibi Vüqar Zeynalov 29 noyabr 2020-ci il tarixində ömrünün 54-cü ilində vəfat etmişdir. Vüqar Zeynalov 1966-cı il yanvar ayının 1-də Sabirabad rayon Pakrovka kəndində anadan olmuşdur. 1987-ci ildə Ağsu rayon kənd Kimya Birliyində mühasib,1991-ci ildə Ağsu rayon Kəndoba kənd ərazi bölgəsində hesabdar kassir, 1993-cü ildə Ağsu rayon Təsərrüfat Hesablı tikinti sahəsində baş mühasib, 1994-cü ildə Ağsu rayon Mədəniyyət şöbəsində baş mühasib vəzifəsində çalışmışdır. 2017-ci il yanvar ayının 5-dən İsmayıllı Regional Mədəniyyət İdarəsində baş mühasib vəzifəsində çalışmışdır. İsmayıllı Regional Mədəniyyət İdarəsi adından mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik! Vüqar müəllimin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Allah rəhmət eləsin.