01.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi tariximizi qorumaqda, təbliği sahəsində hər gün, hər zaman ciddi şəkildə işlər görməkdədir. Tariximizi, tarixi sənət nünumələrini mühafizə etməklə yanaşı bu günkü gənclərə tariximizin düzgün formada aşılanmasında, onların bilik və bacarıqlarının ortaya çıxarılması işində də böyük planlar hazırlayır, bacarığı, xüsusi istedadı olan uşaqlara, bir sözlə hər bir Azərbaycan vətəndaşına yardım edir. İstedadlı uşaqların irəliyə çəkilməsində muzeyimiz durmadan fəaliyyət göstərməkdədir.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində fəal, istedadlı, xüsusu başarığı olan şagirdlərin əl işlərindən-rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Müxtəlif mövzuları əhatə edən bu əsərlər muzeyimizin ekpozisiyasını genişləndirməklə yanaşı bir kiçik qəlbin səsini, sözünü aydın şəkildə hiss etdirir. Milli qəhrəmanımız Mübariz İbrahimovun portreti, ”Xocalı harayı”, ”Azərbaycan sülh istəyir”, ”Biz öz yurdumuza qayıdacağıq” və s. kimi əsərləri daha diqqətçəkən və düşündürücüdür. Bizdə hər birimiz belə istedadları dəstəkləyir ,təbrik edir və arzu edirik ki, onların əsərlərinin səsi-sorağı böyük sərgilərdən, dünya şöhrətli muzeylərin ekpozisiyasından gəlsin.