Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qədim Qəbələyə səyahət”

19.02.2018

 10-18.02.2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Və Tuizm Nazirliyinin Pilot layihəsi ilə əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzinin kollektivi cənub bölgəsində qastrol səfərində olmuşdur. Masallı, Lənkəran, Astara, Cəlilabad, Neftçala, Salyan, Yardımlı, Lerik, İmişli, Kürdəmir və Biləsuvar rayonlarında Mədəniyyət Mərkəzinin Gülbuta folklor qrupu, Gülüstan folklor qrupu, Zopu- zopu etnoqrafik rəqs ansanbılı və İ.B.Qutqaşınlı adına Xalq teatrının üzvülərinin iştirakı ilə “Qədim Qəbələyə səyahət” adlı tamaşa nümayiş olunmuşdur. Tamaşada Qəbələnin qədim adət və ənənələri göstərilmişdir. Tamaşa seyircilər tərəfindən alqışlarla qarşılanmışdır. Növbəti aylarda tamaşanın digər rayonlarda da nümayişi nəzərdə tutulur.