26.02.2018
Azərbaycan xalqının tarixinə dəhşətli faciyə kimi daxil olmuş Xocalı soyqırımından 26 il ötür. Bu münasibətlə İsmayıllı Rergional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində fəaliyyət göstərən İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə nəzəriyyə şöbəsinin müdiri Güləliyeva Aynurə açaraq bu dəhşətli facidən ürək ağrısı ilə danışdı. Tədris işlər üzrə direktor müavini Həşimov Bəhruz və Fortepiano şöbəsinin müdiri Novruzova Zərifə Xocalıda həlak olan həmvətənlərimizə, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləmiş, Azərbaycan xalqının öz əbədi və əzəli düşmənlərinin törətdiyi cinayətləri heç bir zaman unutmayacağını bildirmişlər.
Sonra məktəbin şagird kollektivinin ifasında kompozisiyalar səsləndirilmişdir.