27.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olundu.
Mərkəzin qarşısındakı meydanda tonqal alovlandırıldı, rayon əhalisi tonqal ətrafına toplaşdı, Mədəniyyət Mərkəzinin hazırladığı bayram şənliyi nümayiş olundu.