18.09.2020
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi ilə birgə “Kəndimizin etüdü” adlı yeni layihəyə start verib. Layihənin məqsədi rayonun kəndlərində yaşayan həvəskar gənc rəssamları tanıtmaq və kəndlərdəki turizm potensialını nümayiş etdirməkdir. Məlumat üçün bildirək ki,layihə rayonun təbiətcə ən gözəl 7 kəndində icra olunacaq. Layihədə iştirak edəcək gənclər boyalar, rəsm çəkmək üçün fırça və vərəqlə təmin olunacaqlar. Həvəskar rəssamlar açıq hava şəraitində kəndlərinin gəzməli- görməli yerlərini, tarixi abidələrini etüd edəcəklər. Bu işdə onlara peşəkar rəssam da dəstək olacaq. Qeyd edək ki, 7 kənddə həvəskar rəssamlar tərəfindən çəkilmiş bütün rəsmlər İsmayıllı rayonunun mərkəzindəki meydanda sərgilənəcək.