Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Unudulmaz Xocalı ”

26.02.2018

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Uşaq Musiqi Məktəbində 26 fevral " Unudulmaz Xocalı " adlı tədbir keçirilmişdir. Tədbir zamanı məktəbin direktoru Yaqub müəllim 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, məkirli erməni xislətindən danışaraq qeyd etdi ki, bu tarix unudulmamalıdı, əzəli və əbədi düşmənimizi gələcək nəsillər də yaxşı tanımalıdır.

   Sonra tədbir məktəbin şagirdlərinin çıxışları ilə davam etdi.