Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının 26-cı ildönümü

26.02.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Anım mərasiminin iştirakçıları əvvəlcə Xocalı soyqırımına həsr olunan rəsm sərgisinə baxmışlar. Mərkəzin zalında təşkil olunan tədbir zamanı soyqırım qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. XX əsrdə ermənilər tərəfindən törədilən və xalqımıza qarşı yönəldilmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi haqqında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev geniş çıxış etmişdir. Digər çıxış edənlər ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin faciəli nəticələrindən, Xocalıda dinc insanlara qarşı törədilən qanlı terror hadisələrindən, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açmışlar.

  Sonda Qəbələ Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.