27.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzi rayonun mərkəzində yerləşən Mədəniyyət və İstirahət parkında Novruzun ilk çərşənbəsi olan "Su çərşənbəsi" ilə əlaqədar konsert proqramı təşkil etmişdir. Tonqalın ətrafına toplaşan rayon əhalisi baharın ilk qoxusunu hiss etdilər. İfa edilən şən mahnılar və rəqslərlə rayon camaatının ruhunu oxşadı, onların qəlbində əsl bayram əhval-ruhiyyəsi yaratdı.