Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı rayonunda “Mədəni turizm əsasları” adlı silsilə təlimlərə start verilib

04.07.2017

4 iyul 2017–ci il tarixində İsmayıllı rayon Uşaq Kitabxanasında AMEA-nın Gənc alimlər və mütəxəssislər Şurası və Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə mədəni turizmin inkişafına həsr olunmuş silsilə seminarlar çərçivəsində “Mədəni turizm əsasları” mövzusunda təlim keçirilmişdir.

AMEA ilə imzalanmış Əməkdaşlıq memorandumu əsasında təşkil olunmuş treninqin əsas məqsədlərindən biri respublikada turizm və mədəniyyət sahələrinin inteqrasiyasını təmin etmək, habelə bu təsisatların fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkan­ların və qarşılıqlı maraqların müzakirəsidir.

Mərkəzin direktoru Asif Usubəliyev qeyd etmişdir ki, turizm və mədəniyyət sektorundakı problemlərin həllinə xidmət edən layihələr davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaqdır. Təlimin eyni zamanda turizm və mədəniyyət müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edəcəyini də diqqətə çatdırmışdır.

Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə göstərilə biləcək mədəni xidmətlərdən söhbət açılıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.

Beləliklə, növbəti görüşlər eyni zamanda turizm sənayesinin üzvlərinin iştirakı ilə təşkil olunacaqdır. Ona görə ki, birgə fəaliyyət – uğurun əsasıdır.