26.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı Tarix Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Soyqırımın 26-cı ildönümü ilə əlaqədar olaraq tədbir iştirakçılarına film nümayiş etdirildi. Şamaxı şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəbin şagirdləri hazirladıqları kompozisiyalar ilə çıxış etdilər.
Tədbirlər zamanı iştirakçılara Xocalı faciəsini özündə əks etdirən sərgi nümayiş olundu.