27.02.2018
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində ilk "Novruz mühazirəsi" keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Tədbirdə həmçinin ölkəmizin ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə iştirak edib.