26.02.2018
Qobustan rayonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Mərasimində tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla yad etdilər. Şəhidlərin abidəsin önünə gül dəstələri qoydular. Mərasim zamanı öncə rayon İcra Hakimiyyətinin akt zalında erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Anım mərasimi rayon Mədəniyyət Mərkəzinin, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin birlikdə hazırladıqları ermənilərin tarix boyu xalqımızın başına gətirdikləri müsibətləri, eləcə də Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi.