Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təklə kənd Uşaq Musiqi məktəbində “Xocalı soyqırımı”na həsr olunmuş tədbir

26.02.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində “Xocalı soyqırımı”na həsr edilmiş tədbir keçirilmişdir. Məktəbin bir qrup nümayəndəsi Qobustan şəhərindəki “Şəhidlər” abidəsini ziyarət etdikdən sonra rayonda keçirilən tədbir çərçivəsində  Xocalı sakini-həyat yoldaşı və 3 övladı şəhid olmuş Narxanım xanımla görüş keçirilmişdir. Sonra tədbir məktəbin akt zalında davam etdi.

    Tədbir zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru G.Cəbrayılov “Xocalı soyqırımı” barədə geniş məlumat verdi.  Sonra   “Xocalı soyqırımı”na    həsr edilmiş video-çarx nümayiş etdirildi və şagirdlərin ifasında şerlər səsləndirildi.