Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalım, mənim şəhid şəhərim”

26.02.2018

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş  “Xocalım, mənim şəhid şəhərim” adlı tədbir keçirildi.Tədbiri məktəbin direktoru Zaur Cəfərov açaraq Xocalı hadisələri haqqında geniş məruzə etdi. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və eləcə də  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gördüyü işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

   Tədirin sonunda Xocalı faciəsini əks etdirən video-çarx nümayiş olundu.