Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı harayı”

26.02.2018

    Bu acı, ağır faciənin 26-cı ildönümü ilə əlaqədar olaraq bu  gün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ  Tarix-Diyarşünaslıq muzeyində  dəyirmi masa, anım mərasimi keçirildi. İlk olaraq ekpozisiyada  təşkil olunmuş “Xocalı harayı” adlı  sərgiyə baxış keçirildi. Sərgidə  həmin qanlı hadisəni, tarixi faciəni  əks etdirən  fotolar, tarixi materiallar, müxtəlif kitablar əsas yer tutur. Dünyanı dəhşətə gətirən bütün materiallara baxdıqdan sonra bu faciənin tarixi haqqında geniş mövzuda  çıxışlar oldu. Muzey  rəhbərliyinin  hazırladığı Xocalı faciəsini əks etdirən  bukletlər  paylanıldı. Onu qeyd edək ki,  bu bukletləri  fevral  ayı boyunca muzeyə ziyarətə gəlmiş bütün tamaşaçılara  tarixi yaddaş olaraq təqdim edilib.  Mərasimin sonunda cəmi şəhidlərinin   ruhuna Allahdan rəhmətlər diləyib, belə müsibətin, soyqırımın  bir daha baş verməməsini arzu edən bütün tədbir iştirakçıları düşmənlərimizin  törətdiyi  bu qanlı  faciəni  yaddan   çıxarmayacaqlarını qeyd etdilər. Əlbəttə bu yaddaşlara əbədi həkk olmuş qanlı tariximizdir. Xalqımızın başına gətirilən bu müsibəti  heç  bir   zaman unutmayaq ki, belə  faciələri  bir daha yaşamayaq.