Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Buza dönmüş arzular”

26.02.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxanası Xocalı Soyqırımının 26-cı il dönümü ilə əlaqədar "Buza dönmüş arzular" adlı ədəbi-bədii gecə təşkil etmişdir. O dəhşətli günü gözləri ilə görən və yaşayan Xocalı sakini Əmrah Məmmədov ermənilərin yerli əhaliyə qarşı törətmiş olduğu müsibətlərdən danışdı.

   Sonra Günel Şixəliyeva, Elnur Mahmudov Xocalıya həsr olunmuş şerlər və bayatılar söylədilər. Samir Ələkbərov, Əzizağa Əzizov tarın və balabanın müşayiəti altında muğamlarımızdan şöbələr ifa etdilər.

  Sonda isə tamaşaçılar bu müsibətli gecədən bəhs edən video-çarxa baxdılar.