Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində ”Xocalı faciəsi”- anıldı

26.02.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Xocalı faciəsi"-nə həsr olunmuş rayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri eləcə də mədəniyyət müəssisələri kollektivləri iştirak etmişlər. Əvvəlcə   foyedə  Rəssamlıq şöbəsinin hazırladığı "Xocalı-qan yaddaşımız" adlı əl işləri, rəsm sərgisini qonaqlara Mərkəzin direktoru Namiq Rzazadə təqdim etdi, sonra Böyük zalda "Xocalı faciəsi"-ni əks etdirən video-çarx nümayiş olundu ,daha sonra Azərbaycan Dövlət Pedoqoji Universiteti Şamaxı filialının tələbələri və Şamaxı şəhər 9 saylı orta məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya tamaşıçılara təqdim olundu.