Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ana abidəsi”nə yürüş

26.02.2018

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu Heydər Əliyev  adına Mədəniyyət Mərkəzi tərəfindən  səhər saat 8-dən başlayaraq şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda hüznlü musiqilər səsləndirilir, Xocalı faciəsini əks etdirən filmlər nümayiş etdirilir.

   İsmayıllı rayonu İcra hakimiyyətinin təşkilatçılığı  ilə rayon rəhbərliyi, idarə və müəssisə, məktəb kollektivləri, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri, minlərlə şəhər sakininin iştirakı ilə soyqırım qurbanlarının xatiriəsinə ucaldılmış “Ana abidəsi”nə yürüş oldu.  Mədəniyyət müəssisələri kollektivləri də bu yürüş zamanı iştirak etdilər, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini yad etdilər, ruhlarına rəhmət oxudular.