24.02.2018
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın informasiya dəstəyi ilə “ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 23 fevral 2018-ci il tarixində Xətai Sənət Mərkəzində keçirilmişdir. Bu müsabiqədə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsinin 1-ci sinif şagirdi Abdullayeva Lalə “Diplom” əldə etmişdir.