Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cumhuriyyətinin-100 illiyi ilə əlaqədar sərgi

23.02.2018

    Biz hər zaman, hər yerdə  fəxr edirik ki, bizim qədimlərə  qədər gedib çıxan  ulu keçmişimiz, soykökümüz,tarixi Vətən torpaqlarımız,ndaim yüksəklərdə  əzəmətlə dalğalanan bayrağımız var. Qədim tarixə malik Azərbaycan torpağı  hamımız üçün əzizdir. Çünki, bizlər bu torpaqda doğulmuşuq. Bu torpağın  bərəkətindən bəhrələnib, havasından güc-qüvvət almışıq. Bəli! biz  bu vətənin övladlarıyıq.

    Azərbaycan Xalq Cumhuriyyətinin-100 illiyi ilə əlaqədar olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qəbələ  rayon Tarix–Diyarşünaslıq muzeyində   ”Azərbaycan 1918-1920-ci illərdə” adlı  tarixi kitablardan ibarət geniş sərgi təşkil edilmişdir. Şərqdə ilk yaranmış  Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları, 1918-ci illərin siyasi tarixini əks etdirən kitabları mütaliə üçün də geniş şərait yaradıldı. Sərgidəki bütün kitablar tarixi baxımdan əhatəli və geniş mövzulu olduğu üçün hər bir kəsin marağına səbəb oldu. Onu da qeyd edək ki, sərgi ilə Qəbələ məktəbliləri də tanış olmuşdur.