Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”26 fevral Xocalı faciəsinin həqiqətləri “

23.02.2018

Azərbaycan xalqının tarixinə  dəhşətli  faciə kimi daxil olmuş ”Xocalı soyqırımı”ndan 26 il ötür. Bu münasibətlə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil olundu. ”26 fevral Xocalı faciəsinin həqiqətləri “ adlı tədbir  Azərbaycan Respublikası Prezidenti yanınıda bilik fondu,  Sabir qəsəbə tam orta məktəbi, Şamaxı Regional kolleci, Şamaxı Heydər Əliyev Mərkəzi, M.Ə.Sabirin Ev Muzeyinin birgə iştirakı ilə  keçrilmişdir.

    Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi B.Qədirov açdı. Azərbaycan Respublikasının  yanında  bilik fondu sektorundan  H.Abdulla, Azərbaycan yazıçılar birliyinin üzvü filologiya elmlər doktoru, Xocalı  soyqırımdan bəhs edən “Qırğın” kitabının müəllifi,  AMEA kitabxanasının “Akademik kitabxananın” direktoru  Ə.Cəfərov,  Azərbaycan Respublikası  Prezidendi  yanınıda bilik fondunun könüllüsü  V.Vahidova  və  regional kollecin müəlliməsi çıxış edərək azadlıq uğrunda gedən  mübarizədən, vətən  övladlarının öz qanları ilə  xalqımızın  qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarından  söhbət açdılar.