23.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzində, Qəbələ rayon Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi ilə birlikdə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar yeniyetmə gənclərin rəsm əsərlərindən ibarət “Xocalı faciəsi uşaqların gözü ilə” başlığı altında rəsm sərgi-müsabiqəsi təşkil etmişdir.Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət vəTurizm İdarəsiinin Qəbələ rayonu üzrə baş məsləhətçisi N. Qafarova açdı və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbir haqqında qalereyanın direktor əvəzi T.Nəsmiyeva qısa məlumat verdi. Münsiflər heyəti adından Mədəniyyət Mərkəzinin direktoru M. Ağayev çıxış edərək gənc rəssamların çəkdikləri əsərlərdə sanki o faciəni yaşadıqlarını əks etdirdiklərini qeyd etdi. Sərgidə 38 yeniyetmə gəncin 45 rəsm əsəri nümayiş olunmuşdur. Nümayiş olunmuş işlərə münsiflər heyəti tərəfindən baxış keçirilmişdir.
Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilmişdir. I, II və III yerin sahibləri müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılmış, qalan iştirakçılara sərgidə fəal iştirakına görə fəxri fərmanlar təqdim olunmuşdur.
Sərgidə rayon idarə-müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Sərgi 28 fevral 20018-ci il tarixinədək davam edəcək.