Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitablar-bilik mənbəyidir

23.02.2018

             İnsanın dünyası onun dil bildiyi qədərdir

                                                                       Lyüdviq Vitqenşteyn

    Uşaqlarımızın zəngin mədəniyyətə və savada malik olmaları üçün xarici dil bilməkləri, əbədiyaşar klassilərə müraciət etmələri  vacibdir. Bu səbəbdən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-in Uşaq şöbəsinin əməkdaşları kitabxananın fondunda olan fransız yazıçılarının əsərləri  ilə məktəblilərin qonağı olmuşdur.

    Jül  Vernin, Viktor  Hüqonun, Onore de  Balzakın , Emil Zolyanın , Aleksandır Dümanın, Qi de Monpassanın əsərləri barədə yeniyetmələrə məlumatlar  verilmişdir. Fransız dilini tədris edən müəllim Ofelya xanım Bağıyeva şagirdlərə yazıçıların əsərlərindən fransız dilində sitatlar gətirmiş, kitabxananın əməkdaşları tərəfindən Antuan De Sent  Ekzüperinin   “Balaca şahzadə”  (le Petit prince) alleqorik hekayəsi  mütaliə edilmişdir.