Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş müsabiqə

23.02.2018

   Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətinin şagirdlərə anlatmaq məqsədilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ə.Xaqani adına Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş məktəblilər arasında kompozisiyalara rayon baxış müsabiqəsi keçirilmişdir.

   Tədbirdə Xocalı faciəsinin ildönümü 1 dəqiqəlik sükutla yad olunmuş və bir daha xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumat verilmişdir. Tədbirdə şagirdlərin hazırladıqları kompozisiyalar göstərir ki, gələcək nəsil vətənpərvər, əzmkar ruhda tərbiyələnir. Tədbirdə 8 təhsil müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak etmişdir.