Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağsuda “Nəsimi poeziyası” qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirilib

23.02.2018

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Nəsimi poeziyası” qiraət müsabiqəsinin I turunun ilk mərhələsi keçirilib.İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə tədbir iştirakçılarına qiraət müsabiqəsi haqqında məlumat verib. Rayonunun şəhər və kənd məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqənin 1-ci turunu 5 nəfərdən ibarət münsiflər heyəti müşahidə edib. Münsiflər heyətində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə, ədəbiyyat müəllimi Yeganə Cəlilova , rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov, Mədəniyyət Mərkəzi-

nin direktoru Mahir Məlikov və Uşaq kitabxanasının müdiri Ülkər Hacıyeva   iştirak edirdi. Rayon məktəblilərinin  iştirak etdiyi seçim turunda Həcər İdayətova( 10-cu sinif), Ayişə Musayeva(8-ci sinif) və  Səbinə Xasayeva (9-cu sinif) fərqlənmişlər.