22.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ ayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycanda Kino sənətinin yaranma tarixi-120 illiyi münasibətilə “Səssiz Dövr” başlıqlı tədbir keçirdi. Tədbirdə Mərkəzi kitabxananın işçi kollektivi və kitabxananın fəal oxucuları iştirak etdilər. Öncə Mərkəzi kitabxananın direktoru Anar Rüstəmli Azərbaycanda kino sənətinin yaranma tarixi səssiz dövr və bu gün ki, kino sənətinin mövcud vəziyyəti haqqında çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra Azərbaycanda kino sənətinin yaranma tarixi haqqında kitabxananın işçiləri səssiz dövrə həsr edilmiş məruzələr səsləndirdilər.