Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələmlə yazilmiş səhifəm-Xocalim mənim”

22.02.2018

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayilli rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin nümayəndələrinin birgə təşkilatçılığı ilə Xocali soyqiriminin 26-ci ildönümünə həsr edilmiş "Qələmlə yazilmiş səhifəm-Xocalim mənim" mövzusunda məktəblilər arasında inşa yazi müsabiqəsi keçirilmişdir.

  Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Xocalıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin, şagirdlərin yazı bacarıqlarını artırmaqdan ibarətdir. Tədbirdə əvvəlcə rəsmilər məktəbliləri salamlamış, onlara Xocalı soyqırımı qurbanları haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Hadisələrin gərginləşdiyi zaman, 4 aydan artıq mühasirədə qaldığı üçün 4000 insan tədricən şəhəri tərk etmişdir. Xocalı soyqırımında 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca güllələndi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

   Növbəti həftədə qaliblər müəyyən olunaraq, ilk 3 yerin qalibi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.