Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milliliyimizin sütunu-Ana dilimiz!

21.02.2018

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.

                                                                               Ümummilli lider Heydər ƏLİYEV

    21 fevral-Beynəlxalq Ana dili günüdür. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları Ana dili gününə həsr olunmuş tədbiri daim oxucularımız olan məktəblilərlə birlikdə təşkil etdi.

  Tədbir zamanı milli dünya görüşümüzün təməlçisi, maarifçi, ədəbiyyatımızın və dilimizin formalaşmasında böyük rolu olan Mirzə Fətəli Axundovun əsərlərinə müraciət olundu. Azərbaycan ədəbiyyatında dönüş və inqilab yaratmış ədib, xalqımzın milli oyanışının başında olmuşdur. Mədəniyyətimizin, ana dilimizin milli kimi formalaşması birinci növbədə onun adı ilə bağlıdır. Ana dilimizə, milli-mənəvi dəyərlərimizə üstünlük verməklə böyüyən gənc nəsil ölkəsinə, vətəninə, xalqına xeyirli vətəndaş olacaqdır. Bu istiqamətdə yollar mütlaq kitabxanalardan keçir!