Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəyim vətən istəyir”

22.02.2018

    İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində fəaliyyət  göstərən   Ağsu rayon Mərkəzi kitabxanasında  Elmira Bağırovanın “Ürəyim vətən istəyir” adlı  kitabının  təqdimatı keçirilmişdir. Elmira Bağırovanın bu kitabı Qarabağ, xüsusilə də Xocalı hadisələrindən bəhs edir. Əslən Xocalıdan olan müəllif şahidi olduğu Qarabağ hadisələrindən danışır. Kitabda həmçinin müəllif  torpaq həsrətini poetik misralarla oxucularla bölüşmüşdür. Təqdimat mərasimini açan Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov  Xocalı soyqırımının 26-cı ildönümündən ,dövlətimizin Xocalı soyqırımının tanınması sahəsində apardığı işlərdən danışmışdır. Çıxış edən Xocalı sakini Əmrah Məmmədov, fəal oxucu Eyvaz Bayramov  kitab haqqında, onun müəllifi haqqında fikirlərini oxucularla bölüşmüşdür. Daha sonra  Ağsu şəhər 3 saylı məktəbin şagirdləri kitabdan şeirlər söyləmişlər. Tədbirin sonunda müəllif  yeni çapdan çıxmış kitabını oxuculara hədiyyə etmişdir.