Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cümhuriyyətimiz qürur mənbəyimizdir”

21.02.2018

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq  2018-ci ilin “Cümhuriyyət ili” elan olunması münasibətilə “ Cümhuriyyətimiz qürur mənbəyimizdir ” adlı tədbir keçirildi. Məktəbin direktoru Zaur Cəfərov çıxış edərək  Şərqdə ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında  geniş məruzə etdi.

   O, çıxışında Azərbaycan dövlət  müstəqilliyinin xalqımız üçün çox böyük bir nemət olduğunu xüsusi olaraq vurğuladı.

   Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən video-çarx nümayiş olundu.