02.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr edilən təntənəli yığıncaq keçirilmişdir.
Tədbir zamanı çıxış edənlər bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar. Tədbirdə fəal gənclər çıxış edərək bildirmişlər ki, bu gün gənclərə göstərilən diqqət və qayğı, dövlətin bütün sahələrdə həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt, işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə diplom, fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.