19.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçıliğı ilə A.O Çernyayevski adına 1 saylı tam orta məktəbdə 2-ci sinif şagirdləri ilə birgə “ Kitabsevər uşaqlar “ layihəsi çərçivəsində görüş keçirildi. Uşaq şöbəsinin əməkdaşları Mürsəliyeva Mətanət, Vahidova Yasəmən uşaqlara yeni kitablar haqqında məlumat verdi, nağıllar oxudu. Sonda xatirə şəkili çəkildi.