Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Açıq qapı günü” – vətəndaş forumu

20.02.2018

   Bu gün İsmayıllıda Dövlət Miqrasiya Xidmətinin 2016-2018-ci ilin milli fəaliyyət proqramına uyğun olaraq “Açıq qapı günü” – vətəndaş forumu keçirildi. Vətəndaş forumunun keçirilməsinin məqsədi ictimaiyyətin, həmçinin kütləvi informasiya vasitələrinin miqrasiya sahəsində qanunvericilik biliklərinin təkmilləşdirilməsi, həmçinin əldə olunmuş yeniliklərin ictimaiyyətə çatdırılması idi.

    Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinin Ağsu Regional Miqrasiya Xidməti İdarəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hüquq mühafizə orqan işçilərinin, icra nümayəndələri, məktəb direktorları ilə bələdiyyə sədrlərinin, maraqlanan sakinlərin, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən vətəndaş forumu İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində baş tutdu. Tədbir zamanı Dövlət Miqrasiya xidmətinin rəsmiləri tərəfindən vətəndaşların problemləri ilə bağlı çoxsaylı suallar cavablandırılaraq, səyyar qəbul keçirildi. Tədbir iştirakçılarına maarifləndirici materiallar, bukletlər paylanılıb.