Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənim Tanrım gözəllikdir, sevgidir”

20.02.2018

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon Mədəniyyət Mərkəzi Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycanın dahi şəxsiyyəti, görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş "Mənim Tanrım gözəllikdir, sevgidir" adlı ədəbi-bədii tədbir təşkil etmişdir. Elnur Mahmudov buraya toplaşmış Cavid sevərləri salamlayaraq, onun haqqında hazırlanmış video-çarxı izləməyə dəvət etdi. Sonra çıxış üçün söz Ağsu rayon Bico kənd tam orta məktəbinin direktoru, tarix müəllimi Yaşar Qarayevə verildi. O, şairin həyat və yaradıcılığından bəhs edərək Hüseyn Cavidin bütün Türk dünyasında, eləcə də ədəbiyyatımızda əlçatmaz zirvə olduğunu vurğuladı. Daha sonra Eyvaz Bayramov və Əmrah Məmmədov tarın müşayiəti altında şairin şerlərini böyük ustalıqla səsləndirdilər. Ağsu rayon Uşaq Musiqi Məktəbinin müəllimi Ramiz Hüseynovun tarda ifa etdiyi Bayatı Şiraz muğamı tamaşaçıları "səma şairi"nin dünyasına qərq etdi. Sonra tamaşaçılar Əzizağa Əzizovun şairin "Ruhumda yar üçün yenə sevda calalı var" qəzəlinə oxuduğu "Dilkəş" muğamına
qulaq asdılar. Tədbir Samir Ələkbərovun ifa etdiyi, sözləri Hüseyn Cavidə məxsus, bəstəkarı Fikrət Əmirova aid olan "Kor Ərəbin" mahnısıyla başa çatdı.