16.02.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsi İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə 2018-ci ilin fevral ayında “Oxuculara mütaliə vərdişləri aşılamaq” mövzusunda silsilə tədbirlər keçirir.
Kitabxanamızda azərbaycan, rus dili ilə yanaşı, ingilis dilində də müxtəlif ədəbiyyatlar mövcuddur.
Bu dəfəki tədbirimiz 1 saylı tam orta məktəbin ingilis dili fənnini tədris edən, gənc kadr Mirzəyeva Mehri müəllimin VII sinfində baş tutdu. Bu dəfə əməkdaşlarımız şagirdlərə ingilis dilindəki ədəbiyyatlarla qonaq getmiş, şagirdləri müxtəlif mövzularda yazılmış ingilis yazıçılarının əsərləri ilə tanış etmişdir. Onları maraqlandıran suallarar cavablandırılmışdır. Şagirdlər elə sinifdə kitabxanaya abunə yazıldılar. Məktəblilərə bu görüş xoş təəssurat bağışladı.