15.02.2018
Azərbaycan musiqisinin dühası, yazdığı məşhur əsərləri ilə dünya şöhrəti qazanmış dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Respublikada və Respublikadan kənarda dahi bəstəkarın 100 illik yubileyi qeyd olunur.
Bu gün İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonunu MKS-nin Uşaq şöbəsində MKS və F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Qara Qaraevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş və video-çarx nümayiş etdirilmişdir. Tədbir zamanı bəstəkarın iri həcmlik ibtidai məktəblər üçün əsərləri və kino musiqilərinə bəstələnmiş əsərlər ifa olunmuşdur. İncəsənət məktəbinin şagirdləri Yeddi Gözəl baletindən “Ayşənin rəqsi”, İldırımlı Yollarla baletindən fraqment səsləndirmişdir. Daha sonra tədbirin aparıcısı Ceyran xanım Ağayeva Azərbaycan musiqisinə və Mədəniyyətinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab Prezidentə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin rəis müavini Azər Abbasov çıxış edərək tədbir belə bir tədbirin təşkili üçün əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.